Kərkük ədəbiyyatşünaslıq dünyasının zirvəsi
(The pinnacle of literary studies world of Kirkuk)
DOI:
https://doi.org/10.59849/2663-4414.2023.2.6Keywords:
Turkic world Kirkuk, Iraqi Turkmen, Ihsan Doghramaji, Abdullatif Benderoghlu, Ata Terzibashi, national identityAbstract
The article provides detailed information about the integral role of Iraqi Turkmen within the Turkic world. While Iraqi Turkmen are dispersed across various regions of Iraq, the majority of their population is concentrated in the Kirkuk region. The Kirkuk region, often referred to as “Turkmen land” geographically, along with its surrounding areas, is widely regarded as the homeland of the Iraq Turkmen community. Symbolically, Kirkuk serves as the capital of the Iraq Turkmen community. Consequently, the term “Kirkuk” is occasionally used in a broader context to represent the concept of “Turks living in Iraq”. Significant figures among the Iraqi Turkmen community include Ihsan Doghramaji, Abdullatif Benderoghlu, and Ata Terzibashi, who have made exceptional contributions. Ihsan Doghramaji has made significant contributions to the advancement of medical science and university development. Abdullatif Benderoghlu played a pivotal role in fostering the development of written literature and press within the Iraq-Turkmen community. Ata Terzibashi has dedicated his efforts to collecting, studying, and publishing Turkmen folk literature. According to the author, Ihsan Doghramaji is regarded as a leader among the Iraqi Turkmen due to his esteemed scientific and political reputation. Ata Terzibashi is likened to Dada Gorgud within the Iraqi Turkmen community for his significant contributions to both scientific and literary endeavors. Abdullatif Benderoghlu can be compared to Abbas Zamanov for his noteworthy contributions to literature, press, citizenship initiatives, and social activities within the Iraqi Turkmen society.
Xülasə
Məqalədə türk dünyasının ayrılmaz bir parçası sayılan İraq türkmanları haqqında ətraflı məlumat verilir. İraq türkmanları İraqın müxtəlif regionlarında mövcud olsalar da, onların ən sıx yaşadıqları yer Kərkük bölgəsidir. Coğrafi cəhətdən həm də Türkmən Eli adlandırılan Kərkük bölgəsi və ətrafı İraq türkmanlarının ana vətəni hesab olunur. Kərkük isə rəmzi şəkildə İraq türkmanlarının paytaxtıdır. Ona görə də bəzən Kərkük sözü geniş mənada İraqda yaşayan türklər anlayışını ifadə edir. İraq türkman xalqının görkəmli yetirmələri sırasında İhsan Doğramacı, Əbdüllətif Bəndəroğlu və Əta Tərzibaşının müstəsna xidmətləri vardır. İhsan Doğramacı tibb elminin və universitet quruculuğunun yüksəldilməsində, Əbdüllətif Bəndəroğlu İrak–türkman yazılı ədəbiyyatının və mətbuatının inkişaf etdirilməsində, Əta Tərzibaşı isə türkman folkloru və el ədəbiyyatının toplanılması, araşdırılması və nəşri sahəsində böyük xidmətlər göstərmişlər.
Müəllifin fikrincə, böyük elmi-siyasi nüfuzuna görə İhsan Doğramacı İraq türkmanlarının lideridir. Geniş elmi-ədəbi xidmətlərinə və ümummilli mövqeyinə görə Əta Tərzibaşı İraq türkmanlarının Dədə Qorqududur. Ədəbiyyat və mətbuat sahəsindəki işinə, fəaliyyətinə və vətəndaşlıq missiyasına, ictimai fəaliyyətinə görə Əbdüllətif Bəndəroğlu İraq türkmanlarının Abbas Zamanovudur.
Ədəbiyyat / References
Ziya, M., & Kuzəçi, Ş. (Red.-lar). (2018). Ata Tərzibaşının makaleleri (edebi yazıları). Ankara: Vadi Qrafik.
Paşayev, Q. Əta Tərzibaşının folklorşünaslıq fəaliyyəti. Bakı: Təhsil, 2016.
Şəmsəddin Kuzəçi. Kərkük şairləri. Ankara, 2023.
Rəsul Rza. Uzaq illərin yaxın töhfələri (çapa hazırlayan Şəmsəddin Kuzəçi). Ankara, 2023.
Əta Tərzibaşı. Füzuli haqqında yazılar (çapa hazırlayan Necat Kevseroğlu). İstanbul, 2016.
Əta Tərzibaşının məqalələri (çapa hazırlayanlar Mustafa Ziya, Şəmsəddin Kuzəçi). Ankara, 2018.
Azərbaycan sevdalısı Şəmsəddin Kuzəçi (tərtibçi Rəsmiyyə Sabir). Bakı, 2023.
Şəmsəddin Kuzəçi. Azərbaycan məqalələrim. Ankara, 2023.
Şəmsəddin Kuzəçi. Kərkük horyatlarım. Ankara, 2023.
Şəmsəddin Kuzəçi. Şeirlərim. Ankara, 2023.