Qabdulla Tukayın bədii publisistika yaradıcılığının Uralsk (Yayık) şəhəri dövrü və ya erkən mərhələsi (1904-1907-ci illər)

(Uralsk (Yayik) urban period or early phase of Gabdulla Tukay's artistic publicistic creativity (1904-1907))

Authors

  • Könül İbrahimova

DOI:

https://doi.org/10.59849/2663-4414.2023.2.142

Keywords:

The city of Uralsk, art journalism, magazine publishing, pamphlets, feuilletons

Abstract

Gabdulla Tukay (1886-1913) lived twelve years of his short life of twenty-seven years in the city of Uralsk of the modern Republic of Kazakhstan and studied at the madrasa named “Mutyqiyya”. Tukay started his artistic creation and journalism during his studies at that madrasa. In 1904, with the help of his teacher Kamil Tohfatullin's madrasa students, and with the close participation of Tukay, the first handwritten (wall) newspaper in the Tatar language called “Al-
Maqarif” (“Maarif”), and a year later “al-Qasr al-Jadid” (“Yeni asr”) published a monthly handwritten (wall) magazine. Tukay published his first articles in this newspaper and magazine. The years of Tukay's education and living in Uralsk (1895-1907) coincided with the years of the First Russian Revolution in Russia in 1905-1907, when demonstrations and marches against tsarist absolutism took place. On October 17, 1905, the tsar signed the Manifesto, which gave citizens of
the empire equal freedom of speech and press with some privileges. After signing this Manifesto, newspapers and magazines were published one after the other in Uralsk. In Uralsk, the newspapers “Al-Qasr al-Jadid” (“New Century”, 1905-1907) and “Fiker” (“Thought”, 1905-1907) were published and edited by Gabdulla Tukay's teacher Kamil Tohfatulli (1883-1941) in Tatar language satirical magazine “Uklar” (“Arrows”, June-November 1906) was published. Tukay worked as a journalist in these magazines and newspapers and published his poems, translations, articles and artistic journalistic works, mainly satirical feuilletons, pamphlets, etc. on their pages. This article provides information on the examples of literary journalism published by Gabdulla Tukay during the period characterized as the Uralsk city period or early stage (1904–1907) of artistic journalistic creativity.

Xülasə

Qabdulla Tukay (1886-1913) iyirmi yeddi illik qısa ömrünün on iki ilini müasir Qazaxıstan Respublikasının Uralsk şəhərində yaşamış və Mutıqiyyə mədrəsəsində oxumuşdur. Tukay bədii yaradıcılığa və jurnalistliyə həmin mədrəsədə oxuduğu illərdə başlamışdır. 1904-cü ildə müəllimi Kamil Töhfətullin mədrəsə şagirdlərinin köməyi, Tukayın da yaxından iştirakı ilə tatar dilində “Əl-
Məqarif” (“Maarif”) adlı ilk əlyazma (divar) qəzeti, bir ildən sonra isə “əl-Qəsr əl-Cədid” (“Yeni əsr”) adlı aylıq əlyazma (divar) jurnalı buraxmışdır. Tukay ilk yazılarını bu qəzet və jurnalda çap etdirmişdir. Tukayın Uralskda təhsil və yaşadığı illər (1895-1907) Rusiyada 1905-1907-ci illərdə baş verən Birinci Rus inqilabı illərinə, çar mütləqiyyətinə qarşı nümayişlər və yürüşlər baş verdiyi illərə
təsadüf emişdir. 17 oktyabr 1905-ci ildə çar imperiya vətəndaşlarına bəzi imtiyazlarla bərabər, söz və mətbuat azadlıqları verən “Manifest” imzalamışdır. Bu “Manifest” imzalandıqdan sonra Uralsk şəhərində bir-birinin ardınca çap üsulu ilə qəzet və jurnallar nəşr edilmişdir. Uralskda Qabdulla Tukayın müəllimi Kamil Töhfətullinin (1883-1941) naşirliyi və redaktorluğu ilə tatar dilində “Əl-Qəsr əl-Cədid” (“Yeni əsr”, 1905-1907) və “Fiker” (“Fikir”, 1905-1907) adlı qəzetlər, “Uklar” (“Oxlar”, 1906-cı ilin iyun-noyabr ayları) satirik jurnal nəşr olunmuşdur. Tukay bu jurnal və qəzetlərdə jurnalistlik edib, şeirlərini, tərcümələrini, məqalə və bədii publisistik əsərlərini, əsasən də satirik felyetonlarını, pamfletlərini və s. onların səhifələrində çap etdirmişdir. Bu məqalədə, Qabdulla Tukayın bədii publisistika yaradıcılığının Uralsk şəhəri dövrü və ya erkən mərhələsi (1904-1907-ci illər) kimi səciyyələndirilən dövrdə çap etdirdiyi bədii publisistika örnəkləri haqqında məlumat verilir.

Ədəbiyyat / References
Mirəhmədov, Ə. (Ред.). (1957). Ədəbiyyatşünaslıq terminləri lüğəti. Bakı: Azərnəşr.
Айнутдинов, Р., & Гилазев, З. (Ред.). (2017). Татарская периодическая печать: Научно-энциклопедическое издание. Казань: Изд-во Академии наук РТ.
Гимадиев, У. (1987). Сила сатирического слова. Казань: Таткнигоиздат.
Рəмиев, З., Ибраһимов, М., & Ханнанова, Г. (Ред.). (2021). Материалы к хронике жизни и творчества Габдуллы Тукая (1886-1907). (Т. 1). Казань.
Тукай, Г. (2015). Əсəрлəр. Академик басма. Проза, публицистика (1907-1913). (Т. 4). Казан: Татарстан китап нəшрияты.
Тукай., Г. (2011). Əсəрлəр. Академик басма. Шигьри əсəрлəр (1904-1908). (Т. 1). Казан: Татарстан китап нəшрияты.
Тукай., Г. (2015). Əсəрлəр. Академик басма. Статьи, фельетоны, рассказы (1904-1906). (Т. 3). Казан: Татарстан китап нəшрияты.
Тукай., Г. (2016). Энциклопедия. . (З. Рəмиев, & Г. Ибрагимов, Ред.) Казан.
Фарит, Я. (1992). Татарская литература периодической печати Уральска (1905-1907 гг.). Казань: Татарское книжное изд-во.
Həbibbəyli, İ., Osmanlı, İ. Qabdulla Tukay və Azərbaycan. Bakı: Elm və təhsil, 2021.

Downloads

Published

02.05.2024

Issue

Section

Articles