Əhməd bəy Ağaoğlunun fikir dünyasında dini dilemmaların yeri
(The place of religious dilemmas in the worldview of Ahmed bey Agaoglu)
DOI:
https://doi.org/10.59849/2663-4414.2023.2.72Keywords:
lover of God, journey to God, Turkish mythology, shamanism, Sufi modelAbstract
Ahmed bey Agaoglu (1869-1939), a prominent representative of Azerbaijani emigrant literature, occupies a unique place in political and social history. The basis of the writer's creative criterion is the promotion of Turkic ideas and the preservation of Islamic values. These ideas preserve the national worldview, Islamic religious values, a sense of patriotism, and traditions writer's innovation. One of the works in the work of the writer thinker, which reflects the traditions of shamanism, Turkic mythological views and Islamic ideas, and preserves religious values is “Tanri Daghinda” (“On the Mountaion of God”). The work tells about the worship of the Turks to one god, the manifestation of the customs
associated with this, the moral views that form the return to oneself in the concept of national and moral values. A work that combines various religious values and beliefs can be seen as an excellent form of manifestation of the writer's imagination in human thinking. With this work, the author shows the connection of the historical past of the Turkic community with very ancient roots. In this work, the writer also shows the formation of Islamic religious teachings
and the teachings of tasawvuf in the Turkish way of thinking. In the mental worldview of Ahmed bey Agaoglu, there is no religious division. In his work “Tanri Daghinda” (“On the Mountaion of God”) one can see as a form of manifestation of shamanism embodying the original beliefs of the Turks and in parallel with this manifestation of Islam. The writer of this work calls people to unity, brotherhood; to preserve religious values, do not forget their roots, ties with the past.
Xülasə
Azərbaycan mühacir ədəbiyyatının görkəmli nümayəndəsi Əhməd bəy Ağaoğlunun (1869-1939) siyasi və içtimai fikir tarixində özünəməxsus yeri vardır. Onun islam dünyası üçün gördüyü işlər əvəzsizdir. Ədibin yaradıcılıq meyarının əsasını türkçülük ideyalarının təbliği və islami dəyərlərin qorunub saxlanılması təşkil edir. Bu ideyalar arxasında sənətkarın milli dünyagörüşü, islami-dini dəyərləri, vətənpərvərlik hissləri, novatorluq ənənələri bir-biri ilə sintez halında qorunub saxlanmaqdadır. Mütəfəkkir sənətkarın yaradıcılığında şamanizm ənənələri, türk mifoloji görüşləri və islami ideyaları əks etdirən, dini dəyərləri özündə qoruyub saxlayan əsərlərindən biri də “Tanrı dağında” əsəridir. Əsərdə milli mənəvi və əxlaqi dəyərlər konseptində türkün tək tanrıya sitayişi, onunla bağlı adətlərin təzahürü, özünəqayıdış aktını formalaşdıran, onları özündə yaşadan mənəvi dəyərlərdən söz açılır. Müxtəlif dini dəyər və etiqadları özündə birləşdirən bu əsərdə yazıçı təxəyyülünün insan təfəkkürünə mükəmməl təzahürünün formasını görürük. Müəllif bu əsərlə türk qövmünün tarixi keçmişinin çox qədim bir kökə bağlı olduğunu, həm də islam dini və təsəvvüf təliminin türk təfəkkür tərzində formalaşdığını göstərir. Əhməd bəy Ağaoğlunun fikir dünyasında din ayrı-seçkiliyi yoxdur. Onun haqqında söz açdığımız “Tanrı dağında” əsərində türklərin ilk dini etiqadlarını özündə yaşadan şamanizm və onunla paralel dəyərlər qazanan islam dini və təsəvvüf ideyasının təbliğini görürük. Yazıçı bu əsərlə insanları birliyə, qardaşlığa, dini dəyərləri qoruyub saxlamağa səsləməklə yanaşı, onları kimliyini, kökünün kim olmasını, keçmişlə əlaqəsini yaşatmağa səsləyir.
Ədəbiyyat / References
Ağaoğlu, Ə. (2007). Seçilmiş əsərləri. Bakı: Şərq-Qərb.
Bünyadov, Z. (2007). İslam tarixi, fəlsəfə, ibadətlər. Bakı: Elm.
Duranlı, M. (2022, XI 1). Vatslav Leopold Seroşevskini “Yakutlarskie Raskazı” adlı eseri . Türk Dünyası İncelemeleri.
Əlibəyzadə, E. (1998). Azərbaycan xalqının mənəvi mədəniyyət tarixi. Bakı: Gənclik.
Gölpınarlı, A. (1991). 100 Soruda Türkiyede Mezhebler və Tariketler. Kum: Ensariyan Yayınevi.
Mirabile, P. (n.d.). The Book of the Oghuz Peoples or Legends Told and Sung by Dede Korkut. Voies Itinerantes.
Qafarlı, R. (2015). Mifogenez: rekonstruksiya, struktur, poetika (Cild I). Bakı: Elm və təhsil.
Qasımlı, M. (2007). Ozan-Aşıq sənəti. Bakı: Uğur.
Редер, Д. (1965). Мифы и легенды Древнего Двуречья. Москва: Наука.