Dostoyevskinin “Karamazov qardaşları” əsərində Freydizmin ilkin elementlərinin təzahürü

(In Dostoyevsky's “Brothers Karamazov” work the manifestation of the first elements of Freudism)

Authors

  • Səbinə Dünyamalıyeva

DOI:

https://doi.org/10.59849/2663-4414.2023.1.110

Keywords:

Dostoevsky, Freudianism, “He”, “I”, “The Brothers Karamazov”

Abstract

The stories, narratives and novels of Dostoyevsky, the genius of Russian literature, draw attention with their originality and psychological depth. In this respect, the author's last novel, “The Brothers Karamazov”, is particularly striking. In the work, which consists of four parts, twelve chapters and an epilogue, we encounter the initial elements of Freudian theory in the behavior of the characters. According to this theory, if some inherited feelings, childhood traumas, "libidos", thoughts, as well as some physiological needs are not accepted by society, people will sometimes become objects of condemnation by their own personal will-mind, and sometimes by society and they have to hide these feelings and thoughts. Feelings hidden by the pressure of society remain in people's subconscious and emerge in certain situations. Some behaviors are realized in certain time and environment. But before Freud, in the works of Dostoyevsky, subconscious processes were manifested in the images. Freud worked out the signs of subconscious processes as a scientific theory and presented them to the world of science.

Xülasə

Rus ədəbiyyatının görkəmli nümayəndəsi Dostoyevskinin hekayələri, povestləri, romanları orijinallığı və psixoloji dərinliyi ilə seçilir. Bu cəhətdən yazıçının son romanı olan “Karamazov qardaşları” daha çox diqqəti çəkir. Dörd hissədən, on iki fəsil və epiloqdan ibarət olan əsərdə obrazların davranışında freydizm nəzəriyyəsinin ilkin elementləri ilə qarşılaşırıq. Bu nəzəriyyəyə görə, insanlar-
da həm irsən mövcud olan bəzi hisslər – uşaqlıq dövrlərində aldıqları travmalar, “libido”lar, həm də fizioloji olaraq yaranan bəzi ehtiyaclar cəmiyyət tərəfindən qəbul edilmədikdə şəxslər bəzən öz şəxsi iradələri – ağıl tərəfindən, bəzən də cəmiyyət tərəfindən qınaq obyektinə çevriləcəkləri üçün bu hissləri, düşüncələri məcburən gizlətməli olurlar. Cəmiyyətin basqısı ilə gizlədilmiş hisslər insanların şüuraltında qalır və müəyyən situasiyalarda ortaya çıxır. Bəzi davranışlar müəyyən zaman və şərait mühitində gerçəkləşir. Amma Freyddən əvvəl Dostoyevskinin əsərlərində təhtəlşüur proseslər obrazlarda özünü göstərirdi. Freyd isə elmi nəzəriyyə kimi şüuraltı proseslərin əlamətlərini işləyib elm aləminə təqdim etmişdir.

Ədəbiyyat / References

Cavid, H. (2005). Əsərləri. Beş cilddə, III c. . Lider nəşriyyatı.
Dostoyevski, F. (2019). Karamazov qardaşları. Bakı: Qanun.
Mumoğlu, C. (2017, oktyabr). M.F. Dostoyevski, "Karamazov qardaşları" - təhlil. Bu https://yazyarat.com/: https://yazyarat.com/istifadeci/59 mənbədən tapılıb
Qocayev, M. (2012). Dostoyevski ətrafında düşüncələr. Bakı: Elm və təhsil.
Qocayev, M. (2016, dekabr 12). “Yazıçının gündəliyi”. Bu https://kaspi.az/az: https://kaspi.az/az/yazicinin-gundeliyi mənbədən tapılıb
Rzayev, M. (2015). Fəlsəfə Tarixi. Bakı: MBM.

Downloads

Published

16.11.2023

Issue

Section

Articles