Smaqul Elubayın “Ağ çadır” romanında kosmos-xaos əvəzlənməsi
(Cosmos-chaos replacement in Smagul Yelubay's novel “Ak boz uy”)
DOI:
https://doi.org/10.59849/2663-4414.2023.1.18Keywords:
Smagul Yelubay, “Ak Boz Uy”, novel, chaos, cosmosAbstract
The 1980s are characterized as an important period in terms of genre transformation in the history of Kazakh novels. The new historical situation brought about by the politics of reconstruction and the necessity of the collapse of the empire created serious grounds for entering a new stage of change in the literature, especially the novel. Smagul Elubay's novel “Ak Boz Uy” is one of the
significant examples of prose that shows the change in terms of form and content in Kazakh novels of this period. In Smagul Elubay's novel “Ak Boz Uy”, the famine that occurred in Kazakhstan in 1928-1933 and its causes are described. The writer skillfully showed the causes and consequences of the famine and pointed out the shortcomings of the Soviet government, whose ideological institutions were just being established. In the article, chaos and famine caused by the Soviet empire replacing the current administration, and the conflict between the previous system of bay and the newly established Bolshevik system, and the victory of disorder, chaos over order and space. Fakhreddin bey and his white tent were studied as a symbol of space, and the golden tent of the Bolsheviks, where Sharip and others were trained, was studied as a symbol of chaos. Smagul Elubay's novel “Ak
Boz Uy” played an important role in the emergence of new tendencies not only Kazakh literature of the 1980s, and in the prose of all Turkic peoples in general.
Xülasə
1980-ci illər qazax romançılığının tarixində janr transformasiyası baxımından əhəmiyyətli bir dövr kimi xarakterizə olunmaqdadır. Yenidənqurma siyasəti və imperiyanın çöküşünün labüdlüyünün meydana çıxardığı yeni tarixi situasiya ədəbiyyatı, xüsusən də romançılığı yeni dəyişmə mərhələsinə qədəm qoyması üçün ciddi əsaslar yaratmışdır. Smaqul Elubayın “Ağ çadır” romanı bu dövr qazax romançılığındakı forma və məzmun baxımından dəyişməni göstərən əhəmiyyətli nəsr nümunələrindən biridir. Bu romanda 1928-1933-cü illərdə Qazaxıstanda baş verən aclıq və onu yaradan səbəblər bədii planda təsvir edilmişdir. Yazıçı böyük ustalıqla aclığın səbəb və nəticələrini göstərmiş, ideoloji təsisatlarını sərt şəkildə yeritməyə başlayan sovet hökümətinin naqisliklərini
göstərmişdir. Məqalədə sovet imperiyasının mövcud idarəetməni dəyişməsinin xaosa və nəticədə aclığa səbəb olması və əvvəlki bəylik sistemi ilə yeni qurulan bolşevik sisteminin qarşıdurmasını və nizamsızlığın, xaosun nizam, kosmos üzərində qələbəsi tədqiqata cəlb edilmişdir. Araşdırmada Fəxrəddin bəy və onun ağ çadırı kosmosu, Şarip və digərlərinin təlim aldığı bolşeviklərin qızıl çadırı isə xaosun timsalı kimi öyrənilmişdir. Smaqul Elubayın “Ağ çadır” romanı 1980-ci illər qazax ədəbiyyatında, ümumilikdə, türk xalqları nəsrində yeni təmayüllərin yaranmasında mühüm rol oynamışdır.
Ədəbiyyat / References
Bəydili, C. (2004). Xaos anlayışı mifologiyada. Ortaq türk keçmişindən Ortaq türk gələcəyinə II Uluslararası folklor konfransının materialları.
Elubay, S. (2015). Arasat meydanı. Ankara: Bengü.
Hasanli, M. (2021). Chingiz Aitmatov’s novelsin the context of intertextual connections. Comparative Literature, 41-45. Retrieved from http://cljournal.az/index.php/files/article/view/25
Hasanli, M. (2022). The conception of Khaosmos in the novel “Cassandra's Brand” by Chingiz Aitmatov. Comparative Literature, 35-39. Retrieved from http://cljournal.az/index.php/files/article/view/11/5
Kınacı , C. (2010, eylül). Kazak Yazar Smagul Elübay'ın Arasat Meydanı (Ak Boz Üy) Romanı Hakkında Bir Değerlendirme. Kardeş kalemler, 74-75. Retrieved from https://www.academia.edu/29247192/_2016_Kazak_Yazar_Smagul_El%C3%BCbay%C4%B
1n_Arasat_Meydan%C4%B1_Ak_Boz_%C3%9Cy_Roman%C4%B1_Hakk%C4%B1nda_Bir_De%C4%9Ferlendirme_Kard %C5%9F_Kalemler_Y%C4%B1l_10_Say%C4%B1_117_E yl%C3%BCl_s_74_75
Kızıl, M. (2019). SMAGUL ELUBAY’IN AK BOZ ÜY ROMANINDAKİ SÖZ VARLIĞI. Bu https://acikbilim.yok.gov.tr: https://acikbilim.yok.gov.tr/bitstream/handle/20.500.12812/425663/yokAcikBilim_10286201.pdf?sequence=-1&isAllowed=y mənbədən tapılıb
Qarayev, S. (2011). TÜRK MİFOLOJİ DÜŞÜNCƏSİNDƏ DÜNYANIN YARADILIŞI (MONOMİFOLOJI BAXIMDAN XAOS-KOSMOS). Motif Akademi Halkbilimi Dergisi, 180-186. Bu https://dergipark.org.tr/tr/download/article-file/288536 mənbədən tapılıb